Hindistanda bir gündə 909 nəfər koronavirusa yoluxdu

Hindistanda son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 909 nəfər artaraq 8 356-ya çatıb.

Bu barədə Hindistanın Səhiyyə və Ailənin Rifahı Nazirliyi bildirib.

Məlumata görə, virusa yoluxanların ümumi sayı 8 356 nəfər olub. Hindistan üzrə koronavirusdan 273 nəfər ölüb, 715 nəfər sağalıb və hazırda 7 367 pasiyent müalicə alır.

Xatırladaq ki, Hindistan hökuməti aprelin 14-dək özünütəcrid elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...