Türkiyənin özəl xəstəxanalarında koronavirus xəstələrindən əlavə ödəniş tələb edilməyəcək

Türkiyədə yeni növ koronavirusa (COVID-19) yoluxan xəstələrin müalicəsi "təcili hal" əhatəsinə daxil edilib.

SİA xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyyət” qəzeti məlumat yayıb.

Məlumatda bildirilib ki, səhiyyə sahəsində rəsmi qəbul edilmiş qərara əsasən, pandemiya xəstələrinin müayinə, diaqnoz və müalicə xidmətləri "təcili vəziyyət"ə daxil edilib. Yeni qərara görə, koronavirus infeksiyasına yoluxub özəl xəstəxanalarda müalicə olunan xəstələrdən əlavə ödəniş tələb edilməyəcək.

Tibbi bildirişdəki dəyişiklikdə, həmçinin göstərilib ki, koronavirus infeksiyalı xəstələrin dərmanları həmin xəstəxanalar tərəfindən təmin olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...