Komendant saatı və fövqəladə vəziyyət kömək etmir GÜRCÜSTANDA

Sutka ərzində Gürcüstanda koronavirusa yoluxanların sayı 18 nəfər artaraq, 148-ə çatıb. SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, ev şəraiti karantinində 5000 nəfər qalır, xəstəxanalarda isə bu rəqəm 300-ü təşkil edir.

Xatırladaq ki, martın 21-dən Gürcüstanda fövqəladə hal elan olunub. 31 mart tarixindən isə ümumi karantin rejimidir və komendant saatı tətbiq edilir. İcazə vərəqəsi olmadan hərəkət etmək qadağası mövcuddur. Ərzaq mağazaları və apteklər istisna olmaqla, digər bütün satış yerləri bağlanıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə