Dünyada koronavirusdan sutka ərzində ən çox ölüm sayı bu gün ABŞ-da qeydə alınıb

ABŞ-da koronavirusa yoluxma nəticəsində ölənlərin sayı 5926 nəfərə çatıb.

SİA xəbər verir ki, bu barədə federal və ştat rəsmilərinin məlumatları əsasında hesabat aparan Cons Hopkins Universitetinin məlumatında qeyd olunub.

“France Presse” agentliyi bildirir ki, belə olan halda, ABŞ-da son 24 saatda 1169 nəfər koronavirusdan ölüb. Bu, bir ölkədə sutka ərzində qeydə alınmış ən böyük ölüm sayıdır. Bundan əvvəlki “rekord” İtaliyaya məxsus olub, martın 27-də burada 969 nəfər ölmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə