Koronavirusla bağlı Türkiyədə son vəziyyət

Türkiyə Səhiyyə naziri Fəxrəddin Koca Twitter hesabından korona virusu ilə bağlı son dəqiqə məlumatlarını paylaşıb. SİA bunu Türkiyə mətbuatına istinadən xəbər verir.


Nazir Koca 11 min 535 testdən 6 mininin müsbət olduğunu, 37 nəfərin həyatını itirdiyini açıqlayıb. Epidemiya səbəbiylə ümumi həyatını itirənlərin sayı 168 nəfərə yüksəlib. Cəmi rəqəmlər də cədvələ daxil edilib. Bu cədvələ görə, ümumi müayinələrin sayı 76 min 981, hadisələrin ümumi sayı 10 min 827, ölümlərin ümumi sayı 168, reanimasiya xəstələrinin ümumi sayı 725, intubasiya edilmiş xəstələrin ümumi sayı 523, sağalmış xəstələrin ümumi sayı 162 olmuşdur.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...