Portuqaliyada 14 yaşlı uşaq koronavirusdan həyatını itirib

Portuqaliyada 14 yaşlı bir uşaq koronavirusa tutulduqdan və xəstəxanaya yerləşdirildikdən sonra ölüb. Vitor Godinho adlı şəxs Avropadakı epidemiyaya tab gətirə bilməyən ən gənc insan olub. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Yeniyetmənin pullu dəmrovdan başqa immunitet sistemini zəiflədə biləcək bir xəstəliyi olmadığı bildirilib.
Koronavirus test nəticələri müsbət Godinho 28 Martdan bəri xəstəxanada müalicə alıb.

Vitorun oynadığı Fubol klubu Le Centro Cultural e Recreativo de Maceda sosial mediada bir mesaj paylaşaraq "Bu dəfə rəqibinizi məğlub edə bilmədiniz. Hamımız üzgünük. Rahat yat çempion!" yazıb.

Xatırladaq ki, son bir neçə gündə heç bir xəstəliyi olmayan 16 yaşlı bir fransız qızın koronavirus səbəbiylə həyatını itirdiyi mətbuatda geniş yer alıb.

Portuqaliyada koronavirusdan ölənlərin sayı yüzdən çox olub.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...