Hantavirusdan ilk ölüm qeydə alındı

Çin sakini işə gedərkən hantavirusdan avtobusda ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "The Global Times" məlumat yayıb.

Məlumatda bildirilir ki, avtobusun qalan sərnişinləri də virusun olub olmadığı üçün yoxlanılıb, ancaq başqalarında tapılmayıb.
Xatırladaq ki, hantavirus insanlara gəmiricilərdən və ya onların tullantı məhsullarından ötürülür. İnsandan insana ötürülməsi bu virus üçün xarakterik deyil. Semptomlar arasında atəş, qanaxma və böyrəklərin zədələnməsi qeyd olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə