Türkiyə turizm mövsümünü təxirə salıb

Türkiyə turizm mövsümünü təxirə salıb

Türkiyədə turizm mövsümünün başlaması coronavirus COVID-19-a qarşı profilaktik tədbirlər çərçivəsində aprelin sonuna təxirə salınıb. SİA "Anadolu" agentliyinə istinadla xəbər verir ki, müvafiq tövsiyə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turoperatorlara və otellərə göndərilib.

Həmçinin, turoperatorları Türkiyəyə turist səfərlərinin təşkilini aprelin 15-dən sonrakı müddətə təxirə salmağa çağırırlar.

"Avropadakı epidemiya ilə əlaqədar vəziyyət nəzərə alınarsa, risk ciddidür", Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə