Rusiyalı analitik: "Ərdoğan seçkidən sonra daha da sərt olacaq"

Rusiyalı analitik: "Ərdoğan seçkidən sonra daha da sərt olacaq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdə əldə etdiyi qələbə ilə hakimiyyətini möhkəmləndirdi və daha sərt siyasət yürütməsi gözlənilir. Axar.az xəbər verir ki, bunu Rusiya Strateji Araşdırmalar İnstitutunun Yaxın Şərq üzrə nümayəndəsi Vladimir Fitin bildirib.

Ərdoğanın qələbə ilə siyasətini daha da gücləndirdiyini deyən Fitin onun daha sərt və qərarlı şəkildə addım atacağını söyləyib: "Ərdoğan ölkə daxilində separatçı kürd qüvvələrə qarşı daha qətiyyətli mübarizə aparacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə