Avropa Birliyi viza sərbəstliyinə görə Türkiyəyə yeni şərt irəli sürüb

Avropa Birliyi viza sərbəstliyinə görə Türkiyəyə yeni şərt irəli sürüb

Avropa Birliyi Türkiyəyə viza sərbəstliyinin verilməsi üçün “Terrorla mübarizə qanunu”nun yumşaldılması şərtini irəli sürüb. Axar.az xəbər verir ki, bu barədə Belçikanın Xarici İşlər Naziri Didier Renyders danışıb.

“Əgər bu qanunu Avropa Birliyi dəyərlərinə yaxınlaşdırmaq mümkün olsa, o zaman müəyyən qədər irəliləyişə nail olmaq münkündür. Buradakı bağlantı belədir: Türkiyədə terrorla mübarizə qanunlarında həqiqi bir inqilab viza barəsində irəliləyişə gətirib çıxaracaqdır”, - Reynders deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə