Portuqaliyanın paytaxtı Lissabonda yaşayış evində partlayış baş verib. Bu barədə RİA Novosti agentliyi məlumat yayıb. Xəbərə görə, hadisə nəticəsində 6 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir. Partlayışdan dərhal sonra başlayan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbləri araşdırılır. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB