Fransada Prezident olmağa kim daha şanslıdır?

"Milli Cəbhə" partiyasının lideri Marin Le Pen və "Marşda" hərəkatının banisi Emmanuel Makron Fransada prezident seçkilərinin birinci turunda eyni miqdarda səs toplaya bilərlər. Bu nəticə OpinionWay sosioloji xidmətinin bazar ertəsi günü keçirdiyi rəy sorğusunda əksini tapıb. TASS informasiya agentliyinin məlumatında deyilir ki, sosioloji xidmətlərin proqnozlarına əsasən, həm Le Penə, həm də v Makrona seçicilərin 22 faizi səs verəcək. Birinci turun favoritlərinin reytinqində onların arxasınca "Respublikaçılar" partiyasının namizədi Fransua Fiyon gəlir. O, ötən həftə ilə müqayisədə göstəricilərini bir faiz yaxşılaşdırıb. Əgər birinci tur aprelin 17-də keçirilsəydi Fiyon seçicilərin 21 faizinin səsini toplaya bilərdi.

OpinionWay-ın informasiyasına görə, ikinci turda Makron liderliyini davam etdirir. Onu seçicilərin 64 faizi, Le Peni isə 36 faizi dəstəkləməyə hazırdır. İkinci tura Fiyon adlayacağı təqdirdə, o, 60 faiz, Le Pen 40 faiz səs alacaq. Xatırladaq ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də, ikinci turu mayın 7-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə