Türk nazirdən Almaniyaya mesaj: "Faşizim siyasətidir”

Türk nazirdən Almaniyaya mesaj: "Faşizim siyasətidir”

Bu gün Türkiyənin Ədliyyə nazirinə edilən haqsızlığa susan alman siyasətçilər vaxtında ölçü götürməsələr, radikallar ölkənin hər yerini zəbt etdikdə, Angela Merkel çıxış etməyə yer tapmayacaq. Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ deyib. "Bizə tətbiq edilən qadağa demokratik dəyərlərin əzildiyi faşizim siyasətidir", - Bozdağ bildirib.

Qeyd edək ki, türk nazirlər – Bəkir Bozdağ və Nihad Zeybekçinin Almaniyada baş tutacaq toplantıları Almaniya hökuməti tərəfindən ləğv edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə