Reina terroru Mərkəzi Kəşfiyyat İdarəsinin planıdır. Axar.az xəbər verir ki, bunu Türkiyə televiziyalarından birinə müsahibəsində hakim Ədalət İnkişaf Partiyasından olan deputat Şamil Təyyar söyləyib.
"Türkiyədə 12 sentyabr (12 sentyabr 1980-cı ildə olan hərbi çevriliş nəzərdə tutulur – red.) şərtlərinin formalaşdırılması üçün atmosfer yaradılır. Baş verən bütün teraktlar bir-birindən ayrı şəkildə dəyərləndirilməməlidir. Türkiyə üzərində qurulan oyunlara ən yaxşı cavab birlik və bərabərlikdir", – o bildirib.Qeyd edək ki, Yeni il gecəsi İstanbulun ən məşhur gecə klubu olan "Reina"da terakt olub. Nəticədə 30-dan çox insan həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB