Türkiyə və Rusiya bütün sahələrdə məhdudiyyətləri aradan qaldırmaq istəyir
Ankara və Moskva əməkdaşlığın bütün sahələrində məhdudiyyətləri mümkün qədər tez aradan qaldırmaq niyyətindədir. SİA-nın məlumatına görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım RİA Novostiyə müsahibəsində deyib. O bildirib ki, ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılması üçün qarşıya məqsəd qoyulub və prosesin sürətləndirilməsinə çalışırıq: "Biz məhdudiyyətlərin aradan qaldırılması üçün daha çox işləmək niyyətindəyik".
Qeyd edək ki, B.Yıldırım Moskvada prezident Vladimir Putin və baş nazir Dmitri Medvedevlə görüşlər keçirib. Görüşlərdə ticarət, turizm, enerji və digər sahələrdə əlaqələri 2015-ci ilin noyabrın 24-dək olan səviyyə qaldırılması müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB