Daily Jang qəzetinin icraçı direktoru oğurlanıb

Daily Jang qəzetinin icraçı direktoru oğurlanıb

Pakistanın populyar nəşrlərindən olan Daily Jang qəzetinin icraçı direktoru Abid Abdulla naməlum şəxslər tərəfindən oğurlanıb. İnsident icraçı direktorun Peşavar şəhərinə işgüzar səfəri zamanı baş verib. Abid Abdullanın avtomobilinin qarşısı yolda digər iki avtomobil tərəfindən kəsilib. Azı 8 nəfərlik dəstə yüksək vəzifəli jurnalisti və onun sürücüsünü silahla hədələyərək naməlum istiqamətə aparıb. Bir qədər sonra Abidin sürücüsü sərbəst buraxılıb.

Polis hadisə ilə bağlı təhqiqata başlayıb. Sürücünün ifadəsinə görə, oğrular pula işləmədiklərini bildiriblər.

Əsası 1939-cu ildə qoyulan Daily Jang qəzeti Pakistanda ən çox oxunan gündəlik mətbu nəşrlərdən biridir. Qəzet Pakistanın böyük şəhərlərində gündəlik 800 mindən yuxarı tirajla buraxılır.

Bütün xəbərlər Facebook səhifəmizdə