3 milyon insan işıqsız qalıb Elektrik stansiyasında qəza

3 milyon insan işıqsız qalıb Elektrik stansiyasında qəza

Elektrik stansiyasında baş verən yanğın nəticəsində Puerto-Rikonun 3,5 milyon əhalisi işıqsız qalıb. SİA xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazır.

Adada yerləşən və hər biri 230 min voltluq elektrik ötürücüsünə malik olan xəttlər sıradan çıxıb. Yerli enerji şirkətinin direktoru Havyer Kintana bəyan edib ki, elektrik ötürücülərinin bir hissəsi bu gün bərpa olunacaq. Xüsusi diqqət hava limanlarına, xəstəxanalara, polis məntəqələrinə və su təchizatı sisteminə veriləcək.

Qubernator Alehandro Padiyya isə qəza, yaxud təbii fəlakət zamanı ehtiyat ötürücünün olub-olmaması barədə verilən sualları cavablandırmasa da, məsuliyyəti öz üzərinə götürüb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə