Səddamın ən qatı düşməninin meyiti tapıldı

İraqın tanınmış simalarından sayılan Əhməd Çələbi vəfat edib

İraq Milli Konqres Partiyasının lideri Əhməd Çələbi evində ölü tapılıb. Bu barədə "Anadolu" agentliyinə danışan və adının açıqlanmasını istəməyən iraqlı mənbə bildirib.

Mənbə qeyd edib ki, Çələbi bu səhər Bağdadın Kazimiye bölgəsindəki evində ölü tapılıb. Onun ölüm səbəbi haqqında məlumat verilməyib. Əhməd Çələbi İraq parlamentinin maliyyə komissiyasının sədri idi. İraqlı siyasətçinin adı ötən il baş nazir postuna iddialılar arasında idi.

Qeyd edək ki, Əhməd Çələbi Səddam Hüseynin hakimiyyəti dövründə ən tanınmış müxalif simalardan hesab olunurdu. O, Səddam devrildikdən sonra - 2003-cü ilin sentyabr ayının əvvəlindən sonuna qədər İraqın keçid hökumətinin prezidenti səlahiyyətini icra edib. 2005-2006-cı illərdə İraq baş nazirinin birinci müavini, daha sonra isə İraqın neft naziri vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə