Rusiya Türkiyəni qəzəbləndirdi

Rusiya Türkiyəni qəzəbləndirdi

Rusiya Suriya sərhədində türkmənlərin yaşadığı bölgələri bombalayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiya türkmənlərin yaşadığı Yamadi, Salur və Ceptoros kəndlərini 17 dəfə vurub.

Hücum nəticəsində 3 min nəfər vətəndaş Türkiyə ilə Suriya arasındakı sərhəd xəttində toplaşıb. Hazırda Rusiya hərbi qüvvələri vətəndaşların yaşadığı digər kənlərə istiqamət götürüb.

Suriyadakı Türkmən Vətəndaşların İdarə Heyətinin üzvü Tahsin Hoşkar bildirib ki, bu vaxtadək Əsədin həyata keçirə bilmədiyi hücumları, indi Rusiya Hərbi Qüvvələri həyata keçirir.

Onun sözlərinə görə, artıq kənddə yaşayan bir çox insan evlərini tərk edərək təhlükəsiz bölgələrə qaçıb. Hoşkar bölgədə yaralıların olduğunu da bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə