24 avtomobillə zəncirvari qəza

24 avtomobillə zəncirvari qəza

Türkiyənin İzmit şəhəri yaxınlığında avtomobil şosesində 24 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol qəzası baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 2 sərnişin avtobusu, 18 yük maşını və 4 minik avtomobilinin toqquşması ilə baş verən zəncirvari yol qəzasında 5-i ağır olmaqla 29 nəfər yaralanıb. Xəsarət alanlar müxtəlif xəstəxanalara çatdırılıb.

Məlumata görə, qəza səbəbindən Ankara istiqamətində nəqliyyatın hərəkətində problem yaranıb.

Hadisə yerinə çox sayda xilasetmə və həkim briqadaları cəlb olunub.

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə