"Xəstəxanada olarkən, mənə informasiya çatdı ki, guya mənə qarşı sui-qəsd olub, avtomobilim atəşə tutulub. Ancaq bu absurd və uydurma məsələdir". SİA xəbər verir ki, bu barədə Ukraynanın eks-spikeri Vladimir Rıbak unian.net informasiya portalına video müraciətində deyib.
Ali Radanın keçmiş spikeri hazırda xəstəliyi ilə bağlı xəstəxanada stansionar müalicə aldığını bildirib və qeyd edib ki, yaxın günlərdə deputatlıq fəaliyyətini davam etdirmək niyyətindədir.
Xatırladaq ki, Viktor Yanukoviç fevralın 22-də öz video şərhində Rıbakın döyüldüyünü, avtomobilinin isə atəşə məruz qaldığını deyib. "Onu döymüşdülər və o mənim yanıma gəldi və xahiş etdi ki, onu da özümlə aparım. Mən də onu özümlə bərabər götürdüm və Donetskə müalicəyə yolladım" - deyə Yanukoviç bildirib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB