Kadıköydən İstanbula aksiyaçılara dəstək göstərmək məqsədilə gələn minlərlə insan Boğaz Körpüsünü bağlayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, aksiyaya qoşulmaq istəyən vətəndaşların qarşısını Beşiktaşda polislər kəsib və gözyaşardıcı qazdan istifadə edərək kütləni dağıtmağa çalışıblar.
Kütlənin qarşısında gedən insanların əlində Türkiyənin bayrağı dalğalanıb. Müxtəlif şüarlar səsləndirən insanların bəziləri polislər tərəfindən nəzarətə götürülüblər.
Məlumat üçün bildirək ki, İstanbulda ötən gecə baş verənlərə görə nəzarətə götürülənlərin sayı 81-ə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB