Merkel Avropanı şoka salıb

Brüsseldə "İnsan hüquqları uğrunda" İctimai Birliyin beynəlxalq analitik qrupunun hazırladığı "Avropanın qürubu" hesabatının təqdimatı keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hesabatda və yayımlanan sənədli filmdə Almaniyada milli azlıqların, xüsusilə türklərin bütün səviyyələrdə diskriminasiyaya məruz qaldıqları, onların hüquqlarının kobud şəkildə pozulduğunu və bunun arxasında alman xüsusi xidmətlərinin dayandığını, Frankfurtun timsalında öz hüquqlarını qorumaq üçün mitinqə çıxan insanların vəhşicəsinə döyüldüyünü və məhkəmə qərarı olmadan qeyri-müəyyən müddətə təcridxanalara salındığını, "dərin dövlət"in dəstəyi ilə neonasist ideologiyanın yenidən çiçəklənməyə başladığını və bunun əsasən müsəlman türklərə qarşı yönəldiyi, multikulturalizmin tamamilə iflasa uğradığının Almaniyanın kansleri Merkel tərəfindən etiraf edildiyi öz əksini tapıb.

Həmçinin, alman hökumətində korrupsiya hallarının açıqlanması isə avroparlamentarilərin kəskin reaksiyasına səbəb olub. Belə ki, xarici işlər naziri Vestervellenin Berlin aeroportunun tikintisinə ayrılmış milyonlarla vəsaitin oğlan məşuqunun şəxsi biznesinə yönəltməsi şok effekti doğurub. Hesabatda göstərilib ki, təsadüfi deyil ki, aeroportun tikintisi 2015-ci ilə qədər təxirə salınıb və hətta hökumətin istefasına gətirib çıxara bilər. Hökumətin böhranı artıq seçkilərin ilkin mərhələsində Merkel partiyasının uduzmasına gətirib çıxaracağını söyləməyə əsas verir və Saksoniyada keçirilmiş seçkilərin nəticələri bir daha bu fikri təsdiq edir.

Tədbirdə iştirak edən Avropa parlamentinin nümayəndələri və siyasətçiləri Merkel hökumətinin yürütdüyü siyasətdən hiddətlənib və bütün Avropaya demokratiya dərsi keçən bunun Almaniya hökumətinin Avropa dəyərləri ilə bir araya sığmayan siyasət yürütmələrini kəskin pisləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə