Aviqdor Liberman: \"İsrail Türkiyədən üzr istəyib öz əsgərlərini alçaltmayacaq\"

Aviqdor Liberman: \"İsrail Türkiyədən üzr istəyib öz əsgərlərini alçaltmayacaq\"

İsrailin xarici işlər naziri Aviqdor Liberman ölkəsinin Türkiyədən üzr istəməyəcəyini deyib. SİA-nın məlumatına görə, məsələ ilə bağlı açıqlama verən Liberman üzr istəniləsi vəziyyət olmadığını diqqətə çatdırıb: \"Elə şeylər var ki, onların müzakirəsinə hazırıq, elə şeylər də var ki, müzakirə etmək niyyətində deyilik. Mən İsrailin milli qürurunu üzr istəməklə alçatmaq niyyətində deyiləm. Biz hamımız Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyirik. Bizim onlarla torpaq problemimiz yoxdur və bu günlər biz kompromisə getməyə hazırıq. Lakin üzr istəmək kompromis demək deyil. Bu İsrail əsgərlərini alçatmaq və xəyanət olar".

Rəsmi Türkiyəisə İsraillə münasibətləri bərpa etməyə hazır olduqlarını, amma əvəzində İsrailin Türkiyədən rəsmən üzr istəməli olduğunu bildirir.

Xatırladaq ki, bir müddət əvvəl Fələstinə humanitar yardım aparan Türkiyə gəmisinə İsrail əsgərləri hücum etmişdilər. İnsident nəticəsində xeyli adam həlak olmuş və yaralanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə