Moldova Silahlı Qüvvələrin sayını artırır

Moldova Silahlı Qüvvələrin sayını artırır

Moldova parlamenti qapalı iclasda Silahlı Qüvvələrin sayının artırılmasını nəzərdən keçirəcək.

SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Moldova müdafiə naziri Anatoli Nosatyi məlumat verib.

Nazirin sözlərinə görə, əvvəllər qüvvələrin sayı 9000-dən çox olsa da, sonda 6500 hərbi qulluqçuya və 2000 mülki işçiyə endirilib, bu da ölkəni müdafiə etmək üçün kifayət deyil.

Prezident Maya Sandu da iclasın qapalı keçiriləcəyini və parlament üzvlərinin telefonlar və noutbuklar da daxil olmaqla elektron cihazlar gətirməsinin qadağan ediləcəyini bildirib:

“Məxfi sənədlə işləyərkən müəyyən prosedurlara əməl edilməlidir. Sənəd niyə məxfi saxlanılır? Çünki biz bütün bunlardan, xüsusən də Moldova Respublikasına düşmən olan və digər ölkələrin xəbərdar olmasını istəmirik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə