Yaponiya müdafiə naziri Şinjiro Koizumi Hərbi Dəniz Qüvvələrinin sualtı nüvə gəmiləri ilə təchiz edilməsi məsələsini nəzərdən keçirməyə hazır olduğunu bildirib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, hökumətin iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
“Heç bir variantı istisna etmirik”, - müdafiə naziri deyib.
Koizumi qeyd edib ki, belə gəmilər suyun altında olduqca uzun müddət fəaliyyət göstərə və adi sualtı vasitələrdən xeyli yüksək sürətə malik ola bilər. O, sualtı nüvə gəmilərinin bahalı olduğunu və texniki xidmətinin həyata keçirilməsi üçün xüsusi texnologiyaların tətbiq edilməsinin zəruriliyini qeyd edib.
“Kyodo”nun məlumatına görə, ABŞ Hərbi-Dəniz Qüvvələri komandanlığının nümayəndələri də Yaponiya hərbi donanmasının sualtı nüvə gəmiləri ilə təchiz edilməsinə müsbət münasibət bildiriblər. Qeyd ediblər ki, Tokio bunun üçün bütün texnoloji imkanlara malikdir, ölkənin inkişaf etmiş nüvə energetikası var.
Ölkənin hakim koalisiyasına daxil olan “Yaponiya Yenilənmə Cəmiyyəti” Partiyası iyunda Hərbi Dəniz Qüvvələrinin sualtı nüvə gəmiləri ilə təchiz edilməsini dəstəkləyib. Partiya Tokionun ilin sonunda qəbul etməyi planlaşdırdığı yeni təhlükəsizlik sənədlərinə belə bir müddəanın daxil edilməsinin tərəfdarı kimi çıxış edib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB