Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Avqustun 6-da Romada ABŞ-nin vasitəçiliyi ilə keçirilən Livan-İsrail danışıqlarının yeddinci raundunun son mərhələsi başlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, müzakirələr atəşkəs sazişinin həyata keçirilməsi mexanizmlərinə, İsrailin Livan ərazisindən çıxarılmasının başa çatdırılmasına və Livan ordusunun sərhəd bölgələrində yerləşdirilməsini gücləndirməyə yönəlib. Bu, ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin bir hissəsi olaraq, Vaşinqtonda keçirilən əvvəlki beş raunddan sonra Romanın ev sahibliyi etdiyi ikinci mərhələdir.

Beyrut və Tel-Əviv iyunun 26-da ABŞ-nin vasitəçiliyi ilə çərçivə sazişi imzalayıb. Saziş İsrailin işğal olunmuş Livan ərazisindən mərhələli şəkildə çıxarılmasını, təyin olunmuş ərazilərdə pilot modelin tətbiqinə başlanmasını nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə