İranın Ali rəhbəri Müctəba Xamenei barədə yeni məlumat yayılıb. Məlum olub ki, o İslam Respublikasının döyüş hazırlığının gücləndirilməsi barədə göstəriş verib. Bu məlumatı İranın "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığının Mərkəzi Qərargahının komandanı Əli Abdullahiyə istinadən "Mehr" Xəbər Agentliyi yayıb.
"Rəhbər düşmənin yanlış hesablamasına qarşı mübarizə aparmaq üçün yeni göstəriş verib", - Ə. Abdullahi bildirib. Onun sözlərinə görə, M. Xamenei ilə görüşdə silahlı qüvvələrin hazırlığı barədə hərtərəfli hesabat təqdim edilib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB