...Rusiyalı müharibə cinayətkarı və Z-vətənpərvəri İqor Strelkov Ukraynanın işğal olunmuş Krımda havadan eniş etməyə hazırlaşdığına inanır.
SİA-nın əldə etdiyi məlumata görə, Dialog.UA xəbər verir ki, paylaşım 10 mayda onun Telegram kanalında dərc edilib.
O qeyd edib ki, Ukrayna Müdafiə Qüvvələri yarımadadakı Rusiya Silahlı Qüvvələrinin hədəflərini, xüsusən də aerodromları sistematik şəkildə məhv edir.
...Krım istiqamətində havadan enişlərin yaxınlaşması ilə bağlı şübhələrim güclənir. Düşmən enişi poza biləcək potensial taktiki aviasiya bazalarını mümkün qədər uzaqlaşdırmaq üçün hava hücumundan müdafiə və aerodrom dəstək sistemlərimizi məhv edir... Bu cür hərəkətlərin ehtimalı artır. Düşmən artıq ehtimal olunan eniş sahələri üzərində "hava çətiri" yaratmağa qadirdir.
Bunu yazan Strelkov qeyd edib ki, Ukrayna artıq Rusiya Qara dəniz Donanmasını Qara dənizin şərq sahilinə doğru itələyib. Ukrayna PUA-ları təkcə səmada deyil, həm də sularda üstünlük təşkil edir. Krım, əslində, bu gün olduqca zəif müdafiə olunur.
Bu fonda Strelkovun sözlərinə görə, Qələbə Günü mərasimləri "kobud cəfəngiyat" kimi görünür.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB