Hörmüz boğazında 58 ticarət gəmisinin istiqaməti dəyişdirilib - ABŞ-dan AÇIQLAMA

Məlum olub ki, Hörmüz boğazında blokada başlayandan bəri ABŞ Hərbi Dəniz Qüvvələri İran limanlarına doğru gedən və ya oradan çıxan 58 ticarət gəmisini ələ keçirib. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkə hesabında paylaşdığı məlumatda deyilir.

"ABŞ Hərbi Dəniz Qüvvələri İranın blokadasını tam şəkildə təmin etməyə davam edir. Bu günə qədər CENTCOM qüvvələri gəmilərin İran limanlarına daxil olmasının və ya oradan çıxmasının qarşısını almaq üçün 58 ticarət gəmisinin istiqamətini dəyişdirib və dörd gəmini sıradan çıxarıb", - məlumatda bildirilir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə