"Əgər ABŞ-ın qərarlarını dəstəkləsəniz..." - İran bu ərəb ölkəsini HƏDƏLƏDİ

İran növbəti dəfə ərəb ölklərini hədələyən açıqlama yayıb. Belə ki, İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici İşlər Komissiyasının rəhbəri İbrahim Əzizi bəyan edib ki, əgər Bəhreyn ABŞ-ın qərarlarını dəstəkləsə, Hörmüz boğazı onlar üçün də bağlı olacaq.

SİTAT: "Bəhreyn kimi mikrodövlətlər də daxil olmaqla, hökumətlər ABŞ-ın qərarlarını dəstəkləsələr, ciddi nəticələrlə üzləşəcəklər. Hörmüz boğazı həyati əhəmiyyət kəsb edir”.
Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə