Bu prezidentin ölümünə görə 4 nəfər təqsirli bilindi

ABŞ məhkəməsi 2021-ci ildə öldürülən Haiti Prezidenti Jovenel Moizi qaçırmaq və ya öldürmək məqsədilə sui-qəsd təşkil etməkdə ittiham olunan dörd nəfəri təqsirli bilib. "Reuters" xəbər verir ki, hökm Cənubi Floridadakı federal məhkəmə tərəfindən çıxarılıb.

Məlumata görə, məhkum olunanların hamısı Mayamidə yerləşən "Counter Terrorism Unit Federal Academy" mühafizə şirkəti ilə əlaqəli olublar. Məhkum olunanlar - Antonio "Toni" İntriaqo, Arxankel Pretel, Uolter Veyntemilya və Ceyms Solaj - 2023-cü ildə ümumilikdə 11 fiquranta qarşı ittihamların irəli sürüldüyü iş üzrə cəlb edilmişdilər.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə