Hantavirus dünyaya yayılır! Dayandırılması çətin olan ölümcül virusla bağlı son faktlar
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib ki, Argentinadan yola çıxan bir gəmidə qeydə alınan 8 hadisədən 5-i hantavirus kimi təsdiqlənib, digər 3-də isə şübhə qalır. Avropa ölkələrindən sonra İsraildə də bir neçə ay əvvəl Şərqi Avropada olduğu müddətdə yoluxduğu ehtimal edilən və simptomlar başladıqdan sonra tibbi yardım alan bir şəxsdə hantavirus aşkar edilib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ghebreyesus ÜST-ün həftəlik mətbuat konfransında bildirib ki, Argentinadan yola çıxan və hazırda Kanar adalarına doğru hərəkət edən “MV Hondius” adlı gəmidə hantavirus halları qeydə alınıb və bu barədə qiymətləndirmələr aparılır.
İngiltərə səhiyyə orqanları 2 may tarixində Argentinadan Kabo-Verdeyə gedən Hollandiya bayraqlı “MV Hondius” gəmisində ciddi tənəffüs yolu xəstəliyi olan sərnişinlər barədə ÜST-ü məlumatlandırıb. Ghebreyesus qeyd edib: “İndiyə qədər 3 ölüm daxil olmaqla 8 hadisə bildirilib. 8 hadisədən 5-i hantavirus kimi təsdiqlənib, 3-ü isə şübhəlidir.”
O bildirib ki, hantaviruslar gəmiricilər vasitəsilə yayılan və insanlarda ciddi xəstəliklərə səbəb ola bilən virus qrupudur. İnsanlar adətən yoluxmuş gəmiricilərlə və ya onların sidiyi, nəcis və ya tüpürcəyi ilə təmas nəticəsində yoluxurlar.
Bu hadisədə aşkarlanan virus növünün Latın Amerikasında rast gəlinən və insanlar arasında məhdud yayılmaya səbəb olan Andes virusu olduğu qeyd edilib. Ghebreyesus bildirib ki, bu virus daha çox ailə üzvləri və yaxın təmasda olan şəxslər arasında yayılır.
İlk xəstə 6 apreldə simptom göstərmiş və 11 apreldə gəmidə vəfat etmişdir. Ondan nümunə götürülmədiyi üçün ilkin mərhələdə diaqnoz qoyulmayıb. Onun həyat yoldaşı daha sonra Saint Helena adasında simptom göstərmiş və 25 apreldə vəziyyəti pisləşərək Cənubi Afrikaya uçuş zamanı vəfat etmişdir.
Nümunələr götürüldükdən sonra onun hantavirusa yoluxduğu təsdiqlənib. Üçüncü ölüm 2 mayda qeydə alınıb. Digər bir xəstə intensiv müalicə altındadır. Qalan bəzi sərnişinlərdə simptomlar müşahidə olunub və onlar müxtəlif ölkələrə təxliyə edilib.
ÜST bildirir ki, Andes virusunun inkubasiya dövrü 6 həftəyə qədər davam edə bilər və yeni halların ortaya çıxma ehtimalı var. Buna baxmayaraq, təşkilat ümumi ictimai sağlamlıq riskini aşağı qiymətləndirir və vəziyyətin nəzarət altında olduğunu qeyd edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB