Türkiyədən İLK - "PAMİR 4x4" zirehsiz maşını

Türkiyənin "PAMİR 4x4" zirehsiz avtomobili "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində ilk dəfə ictimaiyyətə təqdim olunub. Belə ki, 1500 at gücünə malik avtomobilin NATO sınaqlarından uğurla keçdiyi bildirilib.

Avtomobili istehsal edən BMC şirkətinin rəhbəri Fuad Tosyalının sözlərinə görə, "PAMİR 4x4" Silahlı Qüvvələrin həm şəxsi heyətini, həm də yükləri daha çevik şəkildə daşıya biləcək zirehsiz yüngül nəqliyyat vasitəsinə yaranan ehtiyaca görə istehsal edilib. O bildirib ki, avtomobil həm şəxsi heyət və həm də yüngül yüklərin çətin ərazi şəraitində praktik daşınmasını təmin edəcək.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə