İran müharibəyə son qoymaq məqsədilə öz sülh planını Pakistana təqdim edib. ISNA-nın məlumatına görə, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi İslam Respublikasındakı bəzi səfirlərlə görüşdü açıqlayıb.
"İran müharibəyə qəti son qoymaq məqsədilə öz planını Pakistana təqdim edib və indi top ABŞ-nin tərəfindədir", - o bildirib və əlavə edib ki, diplomatiya, yaxud qarşıdurma yolunu seçmək ABŞ-yə qalıb. K. Qəribabadi İranın öz milli maraqlarını və təhlükəsizliyini təmin etməyə çalışaraq hər iki varianta hazır olduğunu vurğulayıb: "İran istənilən halda ABŞ-nin diplomatiyadakı səmimiyyətinə qarşı inamsızlığını və şübhəsini hər zaman qoruyub saxlayacaq".
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB