"M/T Eureka" tankeri Yəmən sahillərində naməlum silahlılar tərəfindən ələ keçirilib. Bu barədə Yəmən Sahil Mühafizəsi məlumat yayıb. Hadisə Şabva əyaləti sahillərində baş verib.
Toqo bayrağı altında üzən 2006-cı ildə inşa edilmiş tanker ələ keçirildikdən sonra Ədən körfəzinə, Somali sahilinə yönləndirilib. Artıq tankerin yeri müəyyən edilib və ekipajın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülür.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB