Bu ölkədən miqrantlara BƏD XƏBƏR - viza verilməsi qaydaları sərtləşdirildi

ABŞ Dövlət Departamenti qeyri-immiqrant vizalarının verilməsi üçün yeni qaydalar tətbiq edib. Yeni qaydalara görə, konsullar artıq öz ölkələrinə qayıtmaqdan qorxan müraciətçilərə rədd cavabı verməlidirlər. "Washington Post" qəzetinin məlumatına görə, bu qaydalar ABŞ-da sığınacaq almaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər.

Bildirilir ki, ABŞ Dövlət Departamentinin direktivində diplomatik nümayəndəliklərə qeyri-immiqrant vizası üçün müraciət edənlərdən öz ölkələrinə qayıtmaqdan qorxub-qorxmadıqlarını soruşmaq tapşırılıb. Konsullar artıq müraciət edənlərə iki sual verməlidirlər: 1. "Öz ölkənizdə və ya son yaşayış yerinizdə təqib olunmusunuzmu və ya pis rəftara məruz qalmısınızmı?"; 2. "Vətəndaşlığınız və ya daimi yaşayış yerinizə qayıtdıqdan sonra təqibdən və ya pis rəftardan qorxursunuzmu?"

"Viza müraciət edənlər konsulluq əməkdaşının viza verilməsi prosesinə davam etməsi üçün hər iki suala şifahi olaraq "yox" cavabı verməlidirlər", - deyə əmrdə bildirilir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə