ABŞ Çernobıldakı AES üçün 100 milyon dollar ayıracaq - AÇIQLAMA

ABŞ Ukraynaya daha bir maliyyə dəstəyi göstərəcək. Məlum olub ki, rəsmi Vaşinqton "Çernobıl" Atom Elektrik Stansiyasında (AES) yeni təhlükəsiz örtüyün təmirinə 100 milyon dollar ayıracaq. bu barədə Ukrayna Baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqal "Telegram" kanalında məlumat yayıb.
"Beynəlxalq Çernobıl Konfransı zamanı biz tərəfdaşlarla örtüyün bərpası üçün maliyyə ehtiyaclarını müzakirə etdik. Bu günə olan vəziyyətə görə bu, təqribən 500 milyon avro təşkil edir", - o yazıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə