Türkiyədən QƏRAR - ruslar üçün yaşayış icazəsi bahalaşdı

Türkiyədə Rusiya vətəndaşları üçün şərtlər sərtləşdirilir. Belə ki, turist tipli yaşayış icazəsinin (VNH) qiyməti kəskin şəkildə artırılıb. Yeni qaydalardan məlum olur ki, bir illik turist VNH artıq minimum 620 dollar (28 min lirədən çox) təşkil edir.

Halbuki əvvəllər bu məbləğ təxminən 44 dollar səviyyəsində idi. İki illik yaşayış icazəsi isə indi təxminən 1284 dollara (58 min lirəyə yaxın) başa gəlir, bu da əvvəlki təxminən 144 dollarla müqayisədə ciddi artım deməkdir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə