İranın Böyük Britaniyadakı səfiri Seyid Əli Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb. SİA xəbər verir ki, bu barədə Britaniya XİN-in bəyanatında bildirilib. "İran səfirliyinin sosial mediada etdiyi qəbuledilməz və təhrikedici şərhlərə cavab olaraq İran İslam Respublikasının Birləşmiş Krallıqdakı səfiri XİN-ə çağırıb. Xarici işlər naziri bu cür hərəkətlərin və şərhlərin tamamilə qəbuledilməz olduğunu və səfirliyin Böyük Britaniyada və ya başqa yerdə zorakılığa çağırış kimi qəbul edilə biləcək addımları dayandırmalı olduğunu açıq şəkildə bildirdi", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, 15 apreldə Londondakı İran səfirliyi Teleqramda fars dilində etdiyi paylaşımda ABŞ və İsrailin hərbi əməliyyatları fonunda Böyük Britaniyada yaşayan iranlıları vətənlərinin müdafiəsinə qoşulmağa çağırıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB