...Diqqətinizə çatdırmaq istədiyimiz bu yazı Ukrayna Silahlı Qüvvələrinin polkovniki, dövlət hərbi komandanlığının təhlükəsizlik və müdafiə üzrə mütəxəssisi Yevgeni Saskoya məxsusdur.
SİA-nın məlumatına görə, o, xüsusi əməliyyatlar sahəsində mütəxəssis, Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri komandanının müavini, Xüsusi Əməliyyatlar İdarəsinin rəisi, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Strateji Rabitə İdarəsinin rəisi olub.
...Beləliklə, Saskoya görə, Rusiya həqiqətən də ola biləcək ən pis müttəfiqdir.
Belə ki, o, 2020-ci ildə Ermənistan, 2024-cü ildə Suriya, 2026-cı ildə Venesuela, 2026-cı ildə İran, 2026-cı ildə Macarıstan və indi də Sahelə “arxa” çevirir?.
Qeyd edək ki, Sahel Afrikada, Sahara səhrası ilə tropik Afrika arasında yerləşən ölkələr qurşağıdır. Buraya Mavritaniya, Mali, Burkina Faso, Niger, Çad, Sudan daxildir.
Bu ərazilər qızıl, uran və minerallarla zəngindir.
...Fransa 2022-2023-cü illərdə bu ərazilərdən çəkilərkən, Rusiya onun yerini tutdu..?
Həmin ərəfədə sadəlövh yerli liderlərə təhlükəsizlik və təsir vəd etdi.
İndi sosial media Rusiya qoşunlarının müttəfiqlərini tərk edərək geri çəkilməsini əks etdirən videolarla doludur. ...Rusiya sənə xəyanət edəcək, oğlum. Həmişə.
Bu, sitat deyil, bir modeldir.
Ukraynalı rəsminin fikirləridir bu.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB