ŞOK - bu ölkədə uşaq evindən 23 uşaq oğurlandı!

Nigeriyada uşaq oğurluğu ilə bağlı növbəti skandal yaşanıb. Belə ki, silahlı şəxslər mərkəzi Nigeriyanın cənubunda Kogi ştatındakı “Dahallukitab School Group” uşaq evindən 23 uşağı qaçırıblar. Məlumata görə, təxminən 15 uşaq xilas edilib, səkkiz uşaq isə itkin düşmüş hesab olunur. Bu barədə hakimiyyət orqanları açıqlama yayıb. Kogi ştatının informasiya komissarı Kingsli Fanvonun sözlərinə görə, uşaq evi direktorunun həyat yoldaşı da qaçırılıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə