Bu ölkədə törədilən terror aktı törədilib - ölənlərin sayı 20-yə çatıb

Kolumbiyanın Panamerika şosesində baş vermiş partlayış nəticəsində qurbanların sayı 20 nəfərə çatıb. Bu barədə regionun qubernatoru Oktavio Qusman "X" sosial şəbəkəsində məlumat verib.

"Hazırkı vəziyyətə görə, rəsmi hesabatda mülki əhali arasında 20 nəfərin - 15 qadın və 5 kişinin həlak olduğu qeyd olunur, onların hamısı yetkinlik yaşına çatmış şəxslər idi. 36 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan üçü hələ də reanimasiyadadır", - deyə o bildirib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə