Rumıniya Prezidenti Nikuşor Dan qadınların qəsdən və ya gender nifrəti zəminində baş verən məişət zorakılığı zamanı öldürülməsi ilə mübarizə haqqında qanun qəbul edib. Bu barədə Rumıniya Prezidentinin "Facebook" səhifəsindəki paylaşımında deyilir. Qeyd olunub ki, qatilləri 15 ildən 25 ilə qədər və ya ömürlük həbs cəzası gözləyəcək.
"Qadınlara qarşı zorakılıq uzun müddət diqqətdən kənarda qalıb və ya kifayət qədər effektiv nəzərdən keçirilməyib", - bəyanatda bildirilib. Qanun Rumıniya dövlətinin qadınların və uşaqların təhlükəsizliyini təmin etmək öhdəliyini konkret mexanizmə çevirir.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB