"Həm Zelenski ilə, həm də Putinlə təmasdayam" - Trampdan AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində yenə Ukrayna barədə danışıb. Ağ Ev rəhbəri bildirib ki, Vaşinqton Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün səylərini davam etdirir. SİTAT: "Biz bu istiqamətdə addımlar atırıq, lakin hərbi əməliyyatlar hələ də dayanmayıb", - o qeyd edib.

Ağ Evin rəhbəri həm Rusiya lideri Vladimir Putin, həm də ukraynalı həmkarı Volodimir Zelenski ilə dialoq saxladığını bildirib.
Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə