Böyük Britaniyada ərzaq və yanacaqla bağlı ehtiyat tədbirləri görülür

Böyük Britaniya hökuməti İranla bağlı münaqişənin yaratdığı mümkün ərzaq və yanacaq qıtlığı risklərinə qarşı hazırlıq tədbirlərini gücləndirdiyini açıqlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Baş nazir Kir Starmer aprelin 28-də ehtimal olunan çatışmazlıqlarla bağlı yaradılmış komitənin növbəti iclasına sədrlik edəcək. Bununla yanaşı, nazirlərdən ibarət qrup ehtiyat səviyyələrini və təchizat zəncirində mümkün pozuntuları izləmək üçün həftədə iki dəfə toplanır.

Münaqişənin başlanmasından sonra Hörmüz boğazının bağlanması neftin qiymətinin kəskin artmasına səbəb olub. Bildirilir ki, ayın əvvəlində hökumət rəsmiləri müharibənin davam edəcəyi təqdirdə yayda, xüsusilə, toyuq və donuz əti daxil olmaqla, ərzaq qıtlığı ilə bağlı ən pis ssenarini də nəzərdən keçiriblər.

Hökumət, eyni zamanda, ictimaiyyəti sakitləşdirməyə çalışaraq sürücüləri adi qaydada yanacaq doldurmağa və səyahət planlarını dəyişməməyə çağırıb. Bu çağırış mümkün aviasiya yanacağı çatışmazlığı ilə bağlı narahatlıqlar fonunda edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə