“Otaqda rus yoxdur”: Tusk Aİ sammitində Orban haqqında zarafat edib...

Budapeştdə hakimiyyət dəyişikliyindən sonra Avropa Birliyində "tamamilə yeni bir atmosfer" yaranıb...

...Polşanın Baş naziri Donald Tusk Kiprdə keçirilən AB sammitində liderlər arasında “böyük bir rahatlama” olduğunu söyləyib, çünki “illərdir ilk dəfə olaraq otaqda ruslar yoxdur”.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Politico yazıb.

Moskvaya qarşı daha yumşaq mövqeyi ilə tanınan Slovakiyanın Baş naziri Robert Fiko yanından keçəndə onun açıqlaması qəribə olub.

Tusk gülümsəyib və jurnalistlərə göz vurub, sonra əlavə edib ki, “xeyr, xeyr, bu zarafatdır”.

Qeyd edək ki, Fiko, Macarıstanın keçmiş Baş naziri Viktor Orbanla birlikdə AB-nin Ukrayna siyasətinə ən çox şübhə ilə yanaşanlardan biri hesab olunur.

Budapeştdə hakimiyyət dəyişikliyindən sonra diplomatlar AB-də “tamamilə yeni bir atmosfer” yarandığını və əvvəllər Ukraynaya sanksiyalar eləcə də yardımla bağlı bloklanmış qərarların daha sürətlə irəlilədiyini bildirirlər.

Tusk müharibəyə son qoymaq üçün Rusiya ilə danışıqlara “böyük şübhə ilə” baxdığını bildirib və AB-ni Moskvaya təzyiqi artırmağa çağırıb.

Zirvə görüşü ərəfəsində Macarıstan və Slovakiya etirazlarını geri götürdükdən sonra Rusiyaya qarşı sonuncu, 20-ci sanksiya paketi qüvvəyə minib.

Polşa baş naziri həmçinin Peter Madyarın Macarıstandakı qələbəsini alqışlayaraq, bunu “demokratların uduzmadığının” sübutu adlandırıb.

O, regionun bir neçə ölkəsindəki siyasi dəyişiklikləri Avropa demokratiyasının möhkəmliyinin əlaməti kimi qeyd edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə