"Hörmüz boğazının açılmasından söhbət gedə bilməz" - İranlı spiker Trampı hədəf aldı
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf növbəti dəfə ABŞ-ı həsəf alan sərt bəyanatla çıxış edib. İranlı spiker bəyan edib ki, dəniz blokadası davam etdiyi, qlobal iqtisadiyyata təzyiq göstərildiyi və İsrailin hərbi eskalasiyası dayandırılmadığı müddətdə “tam atəşkəs” mümkün deyil. O, xüsusilə vurğulayıb ki, belə şəraitdə Hörmüz boğazının açılmasından söhbət gedə bilməz.
İran rəsmisi əlavə edib ki, hərbi təzyiqlə nəticə əldə etmək mümkün deyil və yeganə çıxış yolu İran xalqının hüquqlarının tanınmasıdır.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB