Tehran yalnız dəniz blokadası qaldırıldıqdan sonra danışıqlara hazır olacağını bildirib
Tehran və Vaşinqton arasında danışıqlar yalnız ABŞ-ın İran limanlarına qarşı blokadası qaldırıldıqdan sonra İslamabadda baş tuta bilər.
Bu barədə IRNA xəbər agentliyinin Armenpress-ə istinadən verdiyi məlumata görə, İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, İrəvani BMT-də jurnalistlərə bildirib ki, "Vaşinqton dəniz blokadasına son qoyan kimi, danışıqların növbəti mərhələsinin İslamabadda keçiriləcəyinə inanıram".
ABŞ prezidenti Donald Tramp İranla atəşkəsin uzadıldığını elan edərək, İran limanlarının dəniz blokadasının yenə də davam edəcəyini qeyd edib. Trampın sözlərinə görə, blokada olmadan Tehranla heç bir razılaşma olmayacaq.
ABŞ administrasiyası hazırda İranla danışıqlar üçün Pakistana nümayəndə heyəti göndərməyi planlaşdırmadığını və razılaşdırılmış İran təklifini gözləyəcəyini təsdiqləyib.
Daha əvvəl İran xəbər agentliyi Tasnim ölkə hakimiyyətinin həddindən artıq Amerika tələbləri səbəbindən ABŞ ilə danışıqların mənasız olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB