Ermənistanın baş naziri Nikol Paşinyan metrodakı insidentlə bağlı açıqlama verib. SİA xəbər verir ki, o, Qarabağdan köçmüş qadınla yaşadığı mübahisəyə görə üzr istəyib. Baş nazir bildirib ki, söhbət zamanı ifadə tərzi düzgün olmayıb və bu, ictimai narazılıq doğurub. Onun sözlərinə görə, həmkarlarının reaksiyası və tənqidi fonunda başa düşüb ki, səsləndirdiyi fikirlər lazımi şəkildə ifadə olunmayıb.
Paşinyan qeyd edib ki, “hörmətli və əziz vətəndaş” adlandırdığı qadınla dialoqunun sərt keçməsi düzgün olmayıb və buna görə üzr istəyir. O, həmçinin qadının azyaşlı oğlundan da üzr istədiyini vurğulayıb.
Baş nazir əlavə edib ki, həmin şəxsləri görüşə dəvət etmək niyyətində olsa da, bu təklifin qəbul olunmayacağını ehtimal edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB